Cəmiyyət

17 yaşlı qızını ərə verən valideyn 1000 manat cərimələndi - Şadlıq evi isə... - YENİLƏNİB

3 Sentyabr 2025 16:14
Baxış: 800
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Zərdabda erkən evliliyin qarşısı alınmaqla yanaşı valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimə olunub.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.  

Belə ki, Zərdab rayonunda yerləşən şadlıq sarayında erkən evlilik halının baş verməsi məlumatı daxil olub. Dərhal informasiya aidiyyəti qurumlara ötürülüb,araşdırmalara başlanılıb.   Bildirilib ki, hər iki tərəfini valideynləri ilə söhbət aparılıb, Bunun qanunvericiliklə qadağan olunduğu izah edilib. Məclisin keçirilməsi təxirə salınıb.   Bundan əlavə, tədbirin keçirilməsinə göz yuman ictimai iaşə obyektinin sahibi barəsində də inzibati qaydada protokol tərtib edilib və cərimə olunub.

-------

15:27

Zərdabda şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Milli.Az xəbər verir ki, polis əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun tədbirlər görüblər.

Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşında olduğu müəyyənləşib. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.

Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati aydada protokol tərtib olunub və məsuliyyətə cəlb olunub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.