Ölkə

Tanınmış həkimin niyə komaya düşdüyü bilindi - YENİLƏNİB - FOTO

2 Sentyabr 2025 23:47
Baxış: 5 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:47

Xəbər verdiyimiz kimi, tanınmış oftalmoloq, "Universal" hospitalın rəhbəri və baş həkimi Aytən Sultanovanın səhhəti kəskin pisləşib.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, həkim əvvəlcə rəhbərlik etdiyi "Universal" hospitalın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu açıqlanmışdı. Sonradan isə A.Sultanova Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.
Ətraflı

Məlumatlara görə, Aytən Sultanova bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirib. Əməliyyatdan sonra o, güclü ağrıkəsicilər qəbul edib, eyni zamanda arıqlama preparatlarından istifadə edib. Həkimin səhhətindəki kritik pisləşmənin də məhz bu amillərlə bağlı olduğu bildirilir.

Hazırda onun komada olduğu və vəziyyətinin kritik qiymətləndirildiyi vurğulanır.

Qeyd edək ki, Aytən Sultanova daha əvvəl "Caspian", "Badam" və "Məlhəm" klinikalarında da rəhbər vəzifələrdə çalışıb.

--------
09:54

Tanınmış oftalmoloq Aytən Sultanovanın səhhəti kəskin pisləşib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "Universal" hospitalın rəhbəri olan həkim ötən gün həmin tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, A.Sultanova son vaxtlar kəskin şəkildə çəki atıbmış. Onun 60 kiloqrama yaxın arıqladığı deyilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.