İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri AZALDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xalis mənfəəti azalıb.
Bu barədə İqtisadiyyat.az şirkətin maliyyə maliyyə və audit hesabatına istinadən material hazırlayıb.
Məlumata görə, şirkət ötən ili 9 milyon 876 min manat xalis mənfəətlə başa vurub. Halbuki QSC-nin 2023-cü ildəki xalis mənfəəti bundan 17 faiz çox - yəni 11 milyon 961 min manat təşkil edib.
Hesabata əsasən, "Təmiz Qaz"ın ötən il əsas əməliyyat gəlirləri də azalaraq 34 milyon 91 min manata düşüb. Bu isə əvvəlki illə müqayisədə 5 milyon 227 min manat azalma deməkdir.
Eyni zamanda şirkətin hesabat ilində satışın maya dəyəri üzrə xərcləri də azalaraq 2 milyon 290 min manata enib, halbuki əvvəlki il bu rəqəm 2 milyon 626 min manata çatırdı. Beləliklə, "Təmiz Qaz"ın 2023-cü illə müqayidəsə 2024-cü ildəki ümumi mənfəəti 36 milyon 700 min manatdan 31 milyon 800 min manata düşüb.
Ötən il şirkətin əməliyyat mənfəəti isə 12 milyon 478 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 2 milyon 463 min manat azalma deməkdir.
Hesabat dövründə QSC-nin inzibati xərclərində də 2 milyon 500 min manata yaxın azalma qeydə alınıb. Şirkətin sair əməliyyat xərcləri isə 22 min 236 manatdan 206 min 207 manata qalxıb.
Ötən il "Təmiz Qaz"ın ümumi aktivləri əvvəlki illə müqayisədə 11 milyon 448 min manatdan 10 milyon 64 min manata düşüb. Bu azalmanın həcmi 1,4 milyon manata yaxın olub.
Belə ki, şirkətin cəmi uzunmüddətli aktivləri 721 min manata yaxın azalaraq 2 milyon 669 min manata, cəmi qısamüddətli aktivləri isə 663 min manat azalaraq 7 milyon 395 min manata düşüb.
Beləliklə, 2024-cü ildə "Təmiz Qaz"ın cəmi kapitalı 8 milyon 504 min manata düşüb, bu isə əvvəlki illə müqayisədə 760 min manat azalma deməkdir.
Xatırladaq ki, 2014-cü ildə əsası qoyulan "Təmiz Qaz" layihəsi 2016-cı ilin mart ayından etibarən müstəqil şirkət kimi fəaliyyətə başlayıb. Şirkət Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən müəssisə və təşkilatlara yeraltı və yerüstü qaz xətləri, texnoloji quyular (qaz, su, telefon, kanalizasiya) üzrə texniki xidmətlər göstərir.
Qeyd edək ki, "Təmiz Qaz" QSC-nin direktoru Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğlu Xətai Hətəmovdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə tədarük göndərilib
-
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət
XƏBƏR LENTİ
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
-
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
-
İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı





