Kriminal

Azərbaycanlı qadın Finlandiyada öldürüldü

1 Sentyabr 2025 20:31
Baxış: 615
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

Milli.Az xəbər verir ki, bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədirlərindən Arzu Oqtay feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.

Adı açıqlanmayan 30 yaşlı qadının iki uşaq anası olduğu bildirilir.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.