Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez 82-ci Venesiya Film Festivalına qatılıb.
Milli.Az xəbər verir ki, qırmızı xalçadan pozlar verən Corcina bir neçə milyon dollar dəyərində olan 30 əyyarlıq nişan üzüyünü nümayiş etdirmək üçün əlindən gələni edib.
O, görünüşünü digər brilyant zinət əşyaları ilə tamamlayıb.
Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və əkiz qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi 13 yaşlı Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.
Corcina və Ronaldo 2016-cı ildən münasibətdədirlər. /Axşam.az
Milli.Az