İqtisadiyyat

Bu qəsəbədə sosial evlər inşa ediləcək

1 Sentyabr 2025 20:25
Baxış: 459
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonunun Saray qəsəbəsində çoxmənzilli yaşayış binaları inşa etdirəcək.

Milli.Az xəbər verir ki, agentlik qəsəbənin 4,5 ha torpaq sahəsində yerləşən 8 və 9 nömrəli 16 mərtəbəli, 10,11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının və 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi üçün 42 milyon 179 min 408 manat manat vəsait xərcləməyi planlaşdırır.

Müvafiq işlər üzrə tender elan edilib və podratçı axtarılır.

Qeyd edək ki, namizədlər təkliflərini təqdim etmək üçün 6326 manat iştirak haqqı ödəməlidirlər.

Təkliflərin son təqdimolunma tarixi isə oktyabrın 16-dır. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.