İdman

Tanınmış azərbaycanlı idmançı azadlıqdan məhrum olundu

1 Sentyabr 2025 16:21
Baxış: 830
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanlı peşəkar döyüşçü Rusiyada Cəbrayıl Əliyev "sevgilisini döyərək öldürməklə hədələdiyi üçün" 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az xəbər verir ki, bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, idmançı məhkəmənin qərarı ilə "mənəvi zərərə görə" rusiyalı qadının xeyrinə 500 min rubl ödəməli olacaq.

İddiaya görə, guya C.Əliyev ötən il iyulun 27-də Moskvada yerləşən binanın 4-5-ci mərtəbələri arasındakı pilləkəndə heç bir səbəb olmadan qadını itələyərək divara çırpıb. Sonra ən azı iki dəfə onun başına "vurub" və "öldürməklə" hədələyib.

Cəbrayıl Əliyev peşəkar idmançı, MMA döyüşçüsüdür, yumruq döyüşləri üzrə ixtisaslaşmış "Hardcore Fighting" təşkilatının turnirlərində iştirak edib. /Teleqraf 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.