ATƏT rəhbərliyi Minsk qrupunun ləğvi ilə bağlı qərarı alqışlayıb
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Ermənistan və Azərbaycanın birgə müraciətindən sonra Minsk qrupu və onunla bağlı strukturların bağlanmasına dair Nazirlər Şurasının qərarını alqışlayıblar.
"Bir daha Ermənistan və Azərbaycanı sülh və münasibətlərin normallaşdırılması istiqamətində əldə etdikləri tarixi razılaşmalara, həmçinin bu razılaşmaların təcili icrasına dair verdikləri qətiyyətli qərara görə ürəkdən təbrik etmək istərdim. Mən onların Birgə Müraciətinə dərhal cavab verdim və prosesdə göstərdikləri əla əməkdaşlığa görə tərəflərə səmimi minnətdarlığımı bildirirəm. Həmçinin konsensusun əldə olunmasında göstərdikləri əməkdaşlıq ruhuna görə iştirakçı dövlətləri də təqdir etmək istərdim", - deyə nazir Valtonen bildirib.
Eyni zamanda baş katib Sinirlioğlu bu məsələdə tərəflərin ortaq məxrəcə gəlməsini təqdir edib.
"Bu, onilliklər davam edən münaqişə və etimadsızlıqdan sonra belə, diplomatiyanın nəyə nail ola biləcəyini göstərən tarixi hadisədir. Bu, tərəflər arasında ortaq məxrəcə gəlmək üçün ortaq iradə olduqda razılaşmanın mümkün olduğunu nümayiş etdirir", - deyə Baş katib Sinirlioğlu vurğulayıb.
ATƏT-in fəaliyyətdə olan sədri və Baş katib regionda, o cümlədən Ermənistan və Azərbaycanda davamlı sülh və sabitliyin təmininə yönəlmiş səylərə dəstəklərini dəyişməz olaraq davam etdirəcəklərini təsdiqləyiblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı





