Ölkə

IDEA İctimai Birliyi tərəfindən Masallıda çaykənarı ərazi təmizlənib - VİDEO - FOTO

1 Sentyabr 2025 15:19
Baxış: 170
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

IDEA İctimai Birliyinin əməkdaşları və könüllüləri tərəfindən Viləşçayın Masallı rayonu İstisu kəndi ərazisindən keçən bir hissəsində təmizlik aksiyası həyata keçirilib.

İməcilik iştirakçıları şəxsi sağlamlıq və təhlükəsizliyin qorunması, eləcə də fəaliyyətin daha effektiv təşkil olunması məqsədilə xüsusi geyimlər, əlcəklər və digər zəruri ləvazimatlarla təmin olunub.

Toplanan tullantıların ümumi həcmi 1 tona yaxın olub və onların böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edib ki, bu tip tullantılar torpaq və su ekosistemini ciddi şəkildə çirkləndirir. Təşkil olunan təmizlik aksiyaları sadəcə tullantıların toplanması ilə məhdudlaşmır, eyni zamanda dayanıqlılıq və ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir. IDEA vətəndaşları bir daha yaşıl və sağlam gələcək naminə təbiətə qarşı həssas və məsuliyyətli yanaşmağa və ətraf mühitin çirklənməsi halları ilə rastlaşdıqda "1113-Təbiətə Təcili Yardım" qaynar xətti vasitəsi ilə IDEA İctimai Birliyinə məlumat verməyə çağırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.