Ölkə

Trend İnformasiya Agentliyi Mətbuat Şurasının diplomu ilə təltif edilib - FOTO

1 Sentyabr 2025 16:58
Baxış: 247
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Trend İnformasiya Agentliyi Mətbuat Şurasının diplomu ilə təltif olunub.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid diplomu Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynova təqdim edib.

Trend Azərbaycanda müstəqil media ənənələrinin formalaşmasına və inkişafına, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda yüksək peşəkarlıqla təbliğinə yönələn xidmətlərinə görə və 30 illik yubileyi münasibəti ilə təltif edilib.

Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.