Almaniya kansleri Fridrix Mertsin ofisi açıqlayıb ki, siyasətçi son üç ayda kosmetik prosedurlara 12 500 avro sərf edib.
Milli.Az xəbər verir ki, bu məsələ ABŞ Prezidenti Donald Trampın Avropa siyasətçiləri ilə görüşündən sonra gündəmə gəlib.
Tramp Mertsin xarici görünüşünü tərifləyərək "Harada belə qaralmısan? Mən də istərdim" deyib. Bu sözlər Almaniyada müxtəlif reaksiyalar doğurub.
Almaniya üçün Alternativ partiyası vergi ödəyicilərinin xərcləri barədə parlamentə sorğu göndərərək məsələni araşdırmağa başlayıb. Sorğunun nəticəsində məlum olub ki, kansler ilk üç ayda bərbər və makiyaj üçün 12 500 avro xərc çəkib.
Asya
Milli.Az