Siyasət

Paşinyan: Ermənistan Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir

1 Sentyabr 2025 18:49
Baxış: 394

Ermənistan Respublikası Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan "ŞƏT+" formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

Çıxış zamanı Paşinyan Ermənistanın Azərbaycanla əldə etdiyi razılaşmalara sadiq olduğunu bir daha bəyan edib: "Ermənistanın əldə edilmiş razılaşmalara sadiqliyini təsdiqləmək istəyirəm və biz bu razılaşmaları mümkün qədər tez həyata keçirmək əzmindəyik. Bütün bunların nəticəsində Ermənistanla Azərbaycan arasında nəinki daxili, ikitərəfli və beynəlxalq əlaqələr açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlər, o cümlədən bizim və Azərbaycanın ən yaxın qonşuları üçün yeni logistik imkanlar yaradılacaq".
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.