İdman

Qurban Qurbanov “Neftçi”nin "Qarabağ"ı təbrik etməməsindən DANIŞDI

1 Sentyabr 2025 16:50
Baxış: 616
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Samir Abasov məni zənglə təbrik etmişdi". 

Milli.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən gün Premyer Liqanın 3-cü turunda "Karvan-Yevlax"la qalib gəldikləri oyundan (2:0)  sonra deyib. 

Təcrübəli mütəxəssis "Neftçi"nin sizi təbrik etməməsindən incimisiniz?" sualına cavab verib: "Samir Abasov həmişə məni təbrik edir. Hətta keçən il bütün oyunları izləyib, zəng etmişdi, təbriklərini çatdırmışdı. Bu məsələyə ciddi yanaşmıram. Mən belə bir hala görə "Neftçi"dən incimərəm. Hər bir klubun idarəsi fərqlidir. "Neftçi" bizim hamımızın "Neftçi"sidir. Buna görə də rəsmi təbrik olmamasını ciddiyə almıram". 

Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Ferenstvaroş"u mübarizədən kənarlaşdırıb əsas mərhələyə yüksəlməsindən sonra Azərbaycan Premyer Liqa klublarının hamısı Ağdam təmsilçisinə rəsmi təbrik ünvanlasalar da, "Neftçi" bunu etməmişdi. Bu da sosial şəbəkələrdə müzakirəyə çevrilmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.