"Fənərbağça"nın yeni transferi Kerem Aktürkoğlu ötən gecə İstanbula gəlib.
Milli.Az xəbər verir ki, türkiyəli hücumçu 25 milyon avro qarşılığında "Benfika"dan transfer edilib.
26 yaşlı futbolçu ölkəsinə qayıtdıqdan sonra hava limanında ilk açıqlamasını verib. Ötən il "Qalatasaray"dan "Benfika"ya keçən futbolçu "Fənərbaxça"nı Türkiyənin ən şərəfli klubu adlandırıb:
"Mən çempionluq üçün buradayam. Azarkeşlərimizə bunu söz vermişəm. Ona görə də bura gəldmişəm. Bu transfer xeyirli olsun. Türkiyənin ən böyük və ən şərəfli klubuna gəldiyim üçün çox xoşbəxtəm".
2020-2024-cü illərdə "Qalatasaray"da çıxış edən Kerem 138 oyuna 39 qol vuurb. Onun bu cür açıqlama verməsi "Qalatasaray" azarkeşlərinin hiddətinə səbəb olub. /QOL.az
Milli.Az