Ölkə

Nəzakət Əsgərovanın ölkədən çıxışına "STOP" qoyuldu

1 Sentyabr 2025 14:25
Baxış: 894
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyinin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Milli.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353.19 manat vergi borcunun olmasıdır.

İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsi üçün müraciət edilib.

Məhkəmənin qərarı ilə 53 yaşlı direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.