Hadisə

İradə Hacıyeva vəfat etdi

1 Sentyabr 2025 15:43
Baxış: 608
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Uzun illər dövlət qulluğunda müxtəlif məsul vəzifələrdə çalışan İradə Hüseyn qızı Hacıyeva dünyasını dəyişib.

O, bu gün 67 yaşında vəfat edib. 

İ.Hacıyeva Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin müdiri, Xızı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xızı Rayon Komitəsinin sədri vəzifələrində fəaliyyət göstərib. Son illərdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ümumi şöbəsinin müdir müavini vəzifəsini icra edib. Dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə İradə Hacıyeva "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. (News24.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.