Hadisə

Bakıda məşhur parkda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü - FOTO

1 Sentyabr 2025 10:59
Baxış: 790
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtda azyaşlı təhlükə ilə üzləşib.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən "Mərkəzi Park"da baş verib.

Ailə üzvlərinin dediyinə əsasən, 2 yaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1,5-2 metr olduğu bildirilir. Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan azyaşlı dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.

İddiaya görə, kanalizasiya quyusunun lyükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.