Başına pul qoyulan ölkəyə rəsmi səfərə gedir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir müddət əvvəl ABŞ tərəfindən "terrorçu" elan edilən və başına 10 milyon dollar mükafat qoyulan Əhməd Şara indi Suriya Prezidenti kimi 10 noyabrda Vaşinqtona rəsmi səfər edəcək. Şara Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. O, Ağ Evi ziyarət edən ilk Suriya Prezidenti olacaq.
Milli.Az xəbər verir ki, ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Berrak açıqlamasında bildirib ki, Əhməd Şara 10 noyabrda Vaşinqtona gedəcək. Səfər çərçivəsində Suriya ilə ABŞ-nin rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyaya qoşulması ilə bağlı anlaşma memorandumunun imzalanması gözlənilir.
Berrak əlavə edib ki, Suriya və İsrail arasında beşinci raund danışıqlar da məhz bu səfər zamanı Vaşinqtonda keçiriləcək. ABŞ tərəfi bu ilin sonunadək Suriya ilə İsrail arasında təhlükəsizlik sazişi imzalamağı hədəfləyir.
Qeyd edək ki, ABŞ hakimiyyəti bir müddət əvvəl Əhməd Şaranı "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşmasının lideri kimi terrorçu elan etmiş və onun tutulması üçün 10 milyon dollar mükafat təklif etmişdi.
ABŞ Dövlət Departamenti iyul ayında Suriya ilə bağlı sanksiyaların ləğvindən sonra HTŞ-ni terror təşkilatları siyahısından çıxardığını açıqlamışdı. Bu qərarın Ədliyyə və Xəzinə nazirlikləri ilə razılaşdırılaraq qəbul edildiyi və immiqrasiya qanununun 219-cu maddəsinə əsasən HTŞ-nin "xarici terror təşkilatı" statusunun rəsmən ləğv olunduğu bildirilmişdi.
30 iyun tarixində Tramp ABŞ-nin Suriya sanksiyalarını ləğv edən tarixi fərmanı imzalayıb. Ağ Evin açıqlamasında bildirilib:
"Prezident Donald Tramp Suriyanın sabitlik və sülh yolunu dəstəkləmək məqsədilə bu ölkəyə qarşı tətbiq edilən sanksiyaları sona çatdıran tarixi qərar qəbul edib."
ABŞ administrasiyası Suriyadan İsraillə əlaqələrin normallaşdırılması istiqamətində konkret addımlar atmasını, həmçinin İŞİD-in yenidən fəallaşmasının qarşısının alınması və Suriyanın şimal-şərqindəki İŞİD məhbuslarının idarəçiliyini üzərinə götürməsini tələb etmişdi.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
FTX bu ərazini sərhəd zonası elan etdi
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var
-
Ukrayna Rusiya ordusunun hərbi obyektlərini vurdu
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
-
İranın yeni müdafiə naziri seçildi
-
İran ABŞ-a çata bilən raketlər hazırlayır
-
TDT Baş katibindən Azərbaycana təbrik
-
Ayın 19-da güclü külək olacaq - Proqnoz
-
Lökbatanda anbarda yanğın baş verib
-
Qara dənizdə yük gəmisi vuruldu
-
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)





