Siyasət

Pakistan Ermənistanla diplomatik münasibətlər qurmağa başlayıb - Bakı ilə razılaşıb

1 Sentyabr 2025 15:24
Baxış: 381

Pakistan Ermənistanla diplomatik münasibətlər qurmağa Azərbaycanla məsləhətləşmələrdən sonra başlayıb.

Bu barədə məlumatı "AnewZ" telekanalı yayıb.

Bildirilib ki, Pakistanın bu addımı Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşündən sonra Bakı ilə razılaşdırılıb.  

Qeyd edək ki, avqustun 31-də Ermənistan və Pakistan xarici işlər nazirləri Ararat Mirzoyanla Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommünike imzalayıblar. İmzalanma mərasimi Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.

Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.