Siyasət

İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

1 Sentyabr 2025 15:20
Baxış: 263

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.

"Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk", - deyə dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev onu da əlavə edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.

Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.