Tanınmış aktrisa Rumiya Ağayeva Bakıda yol qəzasına düşüb.
Milli.Az xəbər verir ki, bu barədə o, öz "Instagram" hesabında paylaşım edib.
Aktrisa Bakıda, Zorge parkı yaxınlığında taksi sürücüsü ilə toqquşaraq, qəza keçirib.
Onun sözlərinə görə, taksi sürücüsü "Yol ver" nişanını pozaraq yola çıxıb. Həmçinin qəza törədən şəxsin sığortası olmadığından məsələ daha da qəliz hal alıb.
Aktrisanın sözlərinə görə, taksi sürücüsü əvvəlcə zərəri ödəyəcəyəcəyinə söz versə də, vədlərə əməl etməyib, daha sonra isə ümumiyyətlə ödənişdən imtina edib.
Rumiya Ağayeva məsələnin məhkəmə yolu ilə həll ediləcəyini qeyd edib.
Milli.Az