Dünya

Kiyevdə azərbaycanlı ata-oğul güllələndi - Anbaan görüntülər

3 Sentyabr 2025 15:12
Baxış: 1 230
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata-oğul güllələnib.

Milli.Az xəbər verir ki, hadisə 31 avqustda baş verib.

Belə ki, keçmiş hərbçi müharibədə döyüşdüyünü əsas gətirərək bazarda çalışan azərbaycanlılardan endirimlə məhsul almaq istəyib, lakin rədd cavabı aldıqda onları təhqir edib və uzaqlaşıb.

Daha sonra isə üzərində tapanca ilə əraziyə gələrək ata və oğulu güllələyib. Nəticədə 28 yaşlı oğul İsmayıl Fərman oğlu Rəhimov hadisə yerində həyatını itirib, ata isə ağır yaralanıb.
Cinayətlə bağlı Ukraynanın Baş Prokurorluğu hər hansı məlumat yaymayıb.

Olay Ukraynada yaşayan azərbaycanlılar arasında ciddi rezonans doğurub. (axar.az)

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.