Kolumbiyada yaşayan ailə yeni doğulan qızlarına "Chat Yipiti" adını verib. Bu ad, süni intellekt proqramı ChatGPT-dən ilhamlanaraq seçilib və valideynlər bunu "süni intellekt dövrünə hörmət" kimi izah ediblər.
Millli.Az xarici mətbuata istinadla xəbər verir ki, uşaq Kolumbiyanın Sereté şəhərindəki Milli Reyestr idarəsində problemsiz şəkildə qeydiyyata alınıb.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi valideynlərin bu qərarı ilə razılaşmayaraq, gələcəkdə qız üçün xoşagəlməz nəticələr yarada biləcəyini qeyd edib.
Qeyd edək ki, Kolumbiya qanunvericiliyi qadağan olunmuş adların siyahısını göstərmir, lakin Milli Vətəndaş Reyestri əməkdaşlarına belə adların qeydiyyatını rədd etmək səlahiyyəti verir.
İsmayıl
Milli.Az