Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı İranda “Arsbaran” adlı teatr festivalında iştirak edəcək.

3 Sentyabr 2025 17:20
Baxış: 416
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasının Əhər şəhərində keçiriləcək "Arsbaran" adlı teatr festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə teatr Nikoloy Qoqolun "Dəlinin qeydləri" adlı əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa sentyabrın 5-də festivalda çıxış edəcək.

32 illik səhnə həyatını uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda mükafatlar qazanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.

Tamaşada Poprışşin rolunda Əməkdar artist Şövqi Hüseynov çıxış edir.

Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifədə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bir dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.