2026-cı il astroloji baxımdan böyük maliyyə dəyişiklikləri və yeni imkanlar ili olacaq. Saturn və Neptunun Qoç bürcündə hərəkəti köhnə və faydasız dövrləri arxada qoyarkən, Yupiterin Şir bürcündən keçidi bəzi bürclər üçün bolluq və firavanlıq qapılarını açacaq.
Milli.Az xəbər verir ki, astoloqlara görə, bu il xüsusilə dörd bürc pulu maqnit kimi cəlb edəcək.
Şir
2026-cı ilin maliyyə lideri məhz Şir bürcüdür. Yupiterin bürcünüzdə olması 12 ildən bir baş verən nadir şansdır. Yaradıcı layihələr, investisiyalar, fond bazarı, qızıl və hobbilərin gəlirə çevrilməsi baxımından böyük fürsətlər yaranacaq. Özünəinamınız artdıqca, pul axını da sürətlənəcək.
Qoç
Saturn və Neptunun təsiri ilə Qoçlar həyatlarının ən intizamlı və məhsuldar dövrünə daxil olurlar. Xüsusilə öz biznesini qurmaq istəyənlər üçün 2026-cı il "ya indi, ya heç vaxt" mesajı verir. Texnologiya, innovasiya və startap sahələrində gözlənilməz gəlirlər mümkündür.
Buğa
Son illərin çətinliklərindən sonra Buğalar üçün əməyin bəhrəsini toplama vaxtı çatır. Karyera sahəsində yüksəliş, yüksək maaşlı vəzifə və ya vəzifə artımı gündəmə gələ bilər. 2026-cı ilin ikinci yarısında daşınmaz əmlak və ya miras yolu ilə birdəfəlik gəlirlər mümkündür.
Oxatan
Yupiterin dost bürcünüz olan Şirdə hərəkəti sizə vizyon, genişlənmə və pul gətirəcək. Xarici ölkələrlə işlər, beynəlxalq layihələr, onlayn ticarət və xarici valyuta əsaslı gəlirlər ön plana çıxacaq. Təhsil, media və nəşriyyat sahələrindən də əlavə qazanc əldə edə bilərsiniz.
Milli.Az





