İdman

Bəhlulun qələbə sevinci - VİDEO

22 Yanvar 2026 00:33
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Qarabağ" Almaniyanın güclü kollektivi "Ayntraxt Frankfurt"u 3:2 hesabı ilə məğlub edərək tarix yazıb.

Milli.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan gərgin mübarizənin əsas siması Bəhlul Mustafazadə olub. Matçın əvvəlində rəqibin penalti qazanmasına səbəb olan müdafiəçi, oyunun son saniyələrində vurduğu qətiyyətli qolla həm öz səhvini düzəldib, həm də komandasına möhtəşəm qələbə qazandırıb. Qol sevincini göz yaşları içində qeyd edən Bəhlulun bu duyğusal anları hər kəsi təsirləndirib.

Bu önəmli zəfər sayəsində aktivindəki xalların sayını 10-a çatdıran "Ağdam köhlənləri" turnir cədvəlindəki yerini daha da möhkəmləndirərək növbəti mərhələ yolunda böyük üstünlük əldə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.