"Dünən xalqımız matəm gününü yaşadı, bu gün xalqımızı sevindiririk. Prezidentimiz Avropadadır. Tarixdə birinci dəfədir ki, biz Almaniyanı uduruq".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Qarabağı"ın prezidenti Tahir Gözəl qələbədən sonra jurnalistlərə verdiyi açıqlamada deyib.
O, bu qələbəni möcüzə adlandırıb:
"Möcüzədir. Bu, pul gücünə edilməyib. Bu, Qarabağın müqəddəs adının bizə verdiyi ilhamdır. Mənəviyyatdır, ailə duyğusudur. Biz buralara milli dəyərlərimizlə gəlirik. Bunların futbolçularına baxsanız, hamısının keyfiyyəti bizimkilərdən üstündür, tezliklə 100 illiklərini qeyd edəcəklər. Mənim arzum oldur ki, "Qarabağı" gənclərimizə işıq olsun, mənəviyyatımızı itirməyək. Bu böyük bir hədiyyədir. Bu işığı ürəyimizdə daşıyaq. Mənəviyyat, zəhmət olan yerdə də uğur olacaq".
Milli.Az





