Siyasət

İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

22 Yanvar 2026 00:56
Baxış: 315

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda "Vitol" şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verildi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunuldu. Bu xüsusda bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulandı.

Görüşdə ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən "Vitol" dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə qurulan "Vitol" qrupu dünyanın üç əsas xam neft broker şirkəti sırasına daxildir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.