İdman

Edin Ceko qəzaya düşdü - aylarla futbol oynamayacaq - FOTO

3 Sentyabr 2025 16:27
Baxış: 1 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça"nın sabiq futbolçusu Edin Ceko xoşagəlməz hadisə ilə üzləşib.

Milli.Az xəbər verir ki, 39 yaşlı hücumçu İtaliyada avtomobil qəzasına düşüb.

Hadisəyə səbəb kimi avtomobilin əyləc sistemində yaranmış nasazlıq və yağışlı hava şəraiti göstərilib.

Təcrübəli forvardın altı ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, Ceko bu ilin yayında "Fənərbağça"dan ayrılaraq "Fiorentina"ya transfer olub. O, A Seriyası təmsilçisinin heyətində çıxış etdiyi 3 oyunda bir qolla yadda qalıb. /Oxu.Az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.