Amerika

Tramp onu Davosda çıxış etməyə qoymadı

23 Yanvar 2026 23:38
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kaliforniya qubernatoru Qevin Nyusomun Davosda çıxış etməsi qadağan edilib.

Milli.Az xəbər verir ki, bu barədə onun mətbuat xidməti "X"də məlumat verib.

"ABŞ prezident administrasiyası Kaliforniya qubernatoru, 2028-ci il Demokratlar Partiyasından prezidentliyə potensial namizəd Qevin Nyusomun İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış etməsinə mane olub.

Ağ Ev və Dövlət Departamentinin təzyiqi altında ABŞ Nümayəndələr Palatasının forumun rəsmi media tərəfdaşı olan "Fortune" jurnalının dəvətinə baxmayaraq, Nyusoma jurnalistlərlə danışmaq üçün icazə verilməyib", - deyə yazılıb.

Nəşr qubernatoru müsahibəyə dəvət etdiyini təsdiqləyib, lakin sonradan ABŞ Nümayəndələr Palatasından onun iştirakını təmin edə bilmədiyi barədə bildiriş alıb. (Globalinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.