Cəmiyyət

Azərbaycanlı tiktoker saxlanıldı

23 Yanvar 2026 21:32
Baxış: 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, Tiktokda "Şəkili Pərviz" ləqəbi ilə tanınan Vahab Vüqar oğlu Alxasov polis əməkdaşları tərəfindən saxlanılıb.

1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 25 günlük inzibati həbs qərarı elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.