Ölkə

Təfəkkür Universitetinin binası Bakı İnzibati Məhkəməsinə verildi

3 Sentyabr 2025 17:10
Baxış: 463
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Keçmiş Təfəkkür Universitetinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binası Bakı İnzibati Məhkəməsinə verilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Bakı İnzibati Məhkəməsi yaxın günlərdə yeni binasında fəaliyyətə başlayacaq.

Təfəkkür Universiteti Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdı. Universitet 2016-cı ildən fəaliyyətini dayandırıb.

2016-cı ilin oktyabr ayında Təfəkkür Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə müraciəti  qəbul edib.

Qeyd edək ki, Təfəkkür Universiteti ilə bağlı böyük əks-səda doğuran hadisə indi də mətbuatda tirajlanmaqdadır. Söhbət Təfəkkür Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsindən gedir. Prorektor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi. 

M.Atakişiyev 2016-cı ildə Təfəkkür Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Universitet isə az sonra fəaliyyətini dayandırmışdı. Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə 2023-cü ilin noyabrında məlumat yayıb və sabiq rektor Müşfiq Atakişiyev həbs edilib.

Məhkəmənin hökmü ilə M. Atakişiyevə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.