İdman

AFFA bu klubları yüksək məbləğdə cərimələdi

3 Sentyabr 2025 18:50
Baxış: 289
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az qurumun saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 3-cü turundakı qada pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

"Neftçi" - "Turan Tovuz" oyununun 55-ci dəqiqəsində "Neftçi"nin heyətində 5 nömrəli futbolçu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb. "Neftçi" isə 3000 manat cərimə edili

Eyni matçda "Neftçi" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 2000 manat cərimə edilib.

"Sabah" - "İmişli" görüşü "İmişli"nin meydana gec çıxması səbəbindən gec başladığına görə bölgə təmsilçisi 3000 manat cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.