Dünya

İlham Rəhimova sanksiya tətbiq edildi

3 Sentyabr 2025 18:12
Baxış: 592
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avstraliya rusiyalı müxalifət lideri Yuliya Navalnayanın ölkəyə səfəri ərəfəsində bir sıra rusiyalı rəsmilərə, iş adamlarına qarşı sanksiyalar tətbiq edib.

Milli.Az modern.az-a istinadan xəbər verir ki, siyahıya Moskva merinin müavini Maksim Liksutov, Mərkəzi Bankın sədrinin keçmiş birinci müavini Kseniya Yudaeva, fövqəladə hallar nazirinin müavini Denis Popov, Baş nazirin keçmiş müavini Yuri Borisov, Tatarıstanın keçmiş prezidenti Radik Şamiyevin oğlu, milyarder Andreik Şamiyev daxildir.

"Qara siyahı"ya salınanlar arasında azərbaycanlı biznesmen İlham Rəhimov da var. O, cəmiyyətdə daha çox Rusiya Prezidenti Vladimir Putinin dostu kimi tanınır.

Avstraliya Xarici İşlər Nazirliyi onları Ukraynanın işğalına və Rusiya daxilində repressiyalara görə məsuliyyət daşıdığını bildirib.

Milli.Az
 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.