İdman

“Borussiya”lar 1/8 finala vəsiqə qazandılar - VİDEO

23 Dekabr 2020 12:14
Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinə start verilib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
 
Münhenqladbax və Dortmund "Borussiya"ları səfərdə qazandıqları inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəliblər. İlk oyun günündə "Darmştadt", "Leyptsiq", "Köln", "Qroyter" və "Şalke" də 1/8 finala yüksəlib.
 
İkinci oyun günündə daha altı vəsiqənin sahibi müəyyənləşəcək. Bu mərhələnin iki oyunu isə gələn ilin yanvarında keçiriləcək.

Almaniya kuboku
1/16 final
22 dekabr
 
Elversberq - Borussiya (Münhenqladbax) 0:5
 
Dinamo (Drezden) - Darmştadt 0:3
 
Braunşveyq - Borussiya (Dortmund) 0:2
 
Auqsburq - Leyptsiq - 0:3
 
Köln - Osnabryuk 1:0
 
Hoffenhaym - Qroyter 2:2 (penaltilər 6:7)
 
Ulm - Şalke 1:3
 
Union Berlin - Paderborn 2:3

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.