İdman

“Atalanta” müdafiəçinin keçidini razılaşdırdı - 8 milyona

21 Dekabr 2020 10:56
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Atalanta" klubunun heyətinə qatacağı futbolçulardan biri bəlli olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Belçika "Genk"inin müdaifəçisi Yoakim Mehle karyerasını Berqamo təmsilçisində davam etdirəcək.

23 yaşlı danimarkalının keçidi barədə razılıq əldə olunub. Onun transferi 8 milyon avroya gerçəkləşəcək. "Genk"in keçiddən qazancı bonuslar hesabına daha çox da ola bilər.

Mehlenin transferi yanvarda baş tutacaq. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər olacaq.

Qeyd edək ki, Yoakim cari mövsüm Belçika çempionatında 16 oyuna 1 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.