İdman

Dünya çempionu Qətər klubu ilə anlaşdı

19 Dekabr 2020 11:54
Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa yığmasının və PSJ klubunun sabiq baş məşqçisi Loran Blanın işsiz günləri başa çatıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 55 yaşlı mütəxəssis bundan sonra Qətərdə fəaliyyət göstərəcək.

Fransa mətbuatının iddiasına görə, Blan "Əl-Rayan" klubu ilə anlaşıb. Tezliklə təqdimatı olacaq fransalının köməkçilərindən biri isə "Monako" və "Marsel"də çıxış etmiş Frank Passi olacaq.

Qeyd edək ki, Loran Blan son komandası olan PSJ-dən 2016-cı ildə ayrılıb. O, bir dəfə "Bordo", üç dəfə isə PSJ ilə Fransa çempionu olub. Blan futbolçu karyerası ərzində isə dünya (1998) və Avropa çempionu (2000) tituluna sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.