İdman

"Benzema tarixin ən yaxşı fransız hücumçusudur" - Zidan

16 Dekabr 2020 19:19
Baxış: 1 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın baş məşqçisi Zinəddin Zidan La Lqanın son turunda "Atletik"lə matçda (3:1) dubla imza atan futbolçusu Kərim Benzema haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Benzemanı bütün dövrlərin ən yaxşı fransız hücumçusu hesab etdiyini bildirib:

"Mənim fikrimcə, bəli, bu, belədir. Benezma bunu sübut edir. Artıq uzun müddətdir ki, "Real" üçün çalışır. O, 500-dən çox matç keçirib. Çoxlu qol vurur. Benzemanın statistikası özü bunu göstərir. Mənə görə o, ən yaxşı fransalı hücumçudur. Bu, aydın görünür.

Benzema hərtərəfli oyunçudur. İndi o, yalnız hücumçu deyil. Çünki təkcə qollar haqqında düşünmür. Buna görə də onu sevirəm".

Qeyd edək ki, 32 yaşlı Benzema bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 16 oyuna 10 qol vurub, 3 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.