İdman

16 nəfər Maradonanın 40 milyon avroluq mirası üçün mübarizə aparır

10 Dekabr 2020 17:43
Baxış: 1 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vəfat edən dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Maradonanın qohumları onun mirası üçün mübarizə aparırlar.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı sabiq futbolçunun 40 milyon avrodan çox olan mirası üçün ən azı 16 nəfər müraciət edib. Söhbət Maradonanın Argentina, İsveçrə və Dubaydakı bank hesablarından, eləcə də dünyadakı bir çox maşın parkından və lüks daşınmaz əmlakından gedir.

Maradonanın 5 rəsmi övladı var, bu status üçün daha 7 nəfər müraciət edib. Bundan əlavə, 4 bacısı futbolçunun mirası uğrunda mübarizəyə qatılıb. Argentina qanunlarına görə, vəsiyyət olmadığı təqdirdə, ölənin varlığını bilmədiyi övladları da daxil olmaqla, bütün varislər bərabər miras hüquqlarına malikdirlər. Qohumluq faktını sübut etməyi bacarsalar, onlar digərləri ilə eyni miras hüquqlarına sahib olurlar.

"Maradonanın pulu uğrunda müharibə sadəcə bir rəqabət yox, əsl dünya çempionatı olacaq" - deyə "The Sun" "Buenos Aires"dən bir mənbədən sitat gətirərək yazıb.

Qeyd edək ki, Maradona 25 noyabrda 60 yaşında ürək tutmasından ölüb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.