İdman

PSJ hücumçusunu seks qalmaqalına görə göndərib

9 Dekabr 2020 09:34
Baxış: 1 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin futbolçusu Xese Rodrigesin müaviləsinə xitam verməsinin səbəbi bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi ispaniyalı hücumçunu klubun imicinə xələl gətirdiyi üçün göndərib.

Mənbə bildirir ki, futbolçunun şəxsi həyatının müntəzəm olaraq tok-şoularda müzakirə olunması klub rəhbərliyini narahat edib.

Xese 2018-ci ildə övladlarının anası olan Ayron Ruizlə ayrılıb. Cütlük futbolçunun sevgilisinə onun rəfiqəsi ilə xəyanət etməsinə görə ayrılıb. Son aylarda Xese Rodrigesin seks qalmaqalları televiziya və mediada gündəmi zəbt etdiyindən klub onunla müqaviləni pozub.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2016-cı ildə "Real"dan PSJ-yə keçmişdi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.