İdman

Ronaldo A seriyasının ən yaxşısıdır

5 Dekabr 2020 09:12
Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A seriyasında noyabrın ən yaxşı futbolçusu seçilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Yuventus"un hücumçusu Kriştianu Ronaldo bu ada yiyələnib.

35 yaşlı forvard ötən ay ərzində ölkə çempionatında meydana çıxdığı 3 oyunda 5 qola imza ataraq mükafata sahib çıxıb. Portuqaliyalı superulduz yalnız "Benevento" (1:1) ilə görüşdə iştirak etməyib.

Qeyd edək ki, koronavirusa yoluxduğu üçün oktyabrdakı oyunları buraxan Ronaldo dönüşünü noyabrın 1-də "Speziya" (4:1) ilə matçda qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.