İdman

"Yuventus" Dibalanı İkardi ilə dəyişdirə bilər

30 Noyabr 2020 18:00
Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin futbolçusu Mauro İkardi karyerasını "Yuventus"da davam etdirə bilər. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubu 27 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.Bildirilib ki, A seriyası təmsilçisi futbolçusu Paulo Dibala ilə İkardini dəyişdirməyə hazırdır. Bunun yaya transfer pəncərəsi dövründə reallaşması ehtimalının böyük olduğu vurğulanıb.

Dibala klubla yeni müqavilə imzalamaq üçün razılığa gələ bilmədiyinə görə onun komandadan ayrılacağı istisna edilmir. Futbolçunun hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, İkardi PSJ-yə ötən il "İnter"dən keçib. O, bu mövsüm Liqa 1-də 5 matçda 2 qol vurub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.