İdman

Pep Qvardiola 1000 xal səddini keçib

28 Noyabr 2020 23:36
Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının X turu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Bernli" ilə qarşılaşmada ispaniyalı mütəxəssis karyerası ərzində 1000 xal səddini keçib.

Komandasının "Bernli" üzərində 5:0 hesablı qələbə qazandığı görüşdə Qvardiola məşqçilik karyerası ərzində ümumi xallarının sayını 1002-yə çatdırıb. O, bunun 373-nü "Barselona"da, 257-ni "Bavariya"da, 372-ni isə "Mançester Siti"də qazanıb.

Qeyd edək ki, Pep Qvardiola bu günlərdə "Mançester Siti" ilə müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.