İdman

“Yuventus” Dibala ilə danışıqları dondurdu

27 Noyabr 2020 18:39
Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Yuventus" klubu hücumçusu Paulo Dibala ilə danışıqları dondurub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna səbəb tərəflərin məvacib məsələsində ortaq məxrəcə gələ bilməməsidir.

Turin təmsilçisi koronavirus pandemiyasına görə yaranan maliyyə problemi üzündən Argentina millisinin üzvünə 15 milyon avro maaş və 10 milyon avro bonus ödəmək fikrində deyil. 27 yaşlı ön xətt oyunçusu isə əməkhaqqısında endirimə getməyi düşünmür.

Dibala ilə 2021-ci ildə yenidən danışıq olacaq. Əgər o zaman da razılıq əldə olunmasa, "qoca sinyora" mövsümün sonunda onun satışına çalışacaq. Çünki əks təqdirdə futbolçu 2022-ci ilin yayında başqa kluba havayı keçəcək.

Qeyd edək ki, Paulo Dibala "Yuventus"a 2015-ci ildə "Palermo"dan keçib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory