İdman

FİFA-nın vitse-prezidenti futboldan uzaqlaşdırıldı

23 Noyabr 2020 19:34
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti və FİFA-nın vitse-prezidenti Əhməd Əhməd futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Etika Komitəsi 60 yaşlı futbol funksionerinin vəzifəsindən sui-istifadə etdiyini və vəsait mənimsədiyini sübuta yetirib. Əhməd beş il müddətinə milli və beynəlxalq səviyyədə futbol fəaliyyətindən kənar qalacaq. Bundan əlavə, o, 200 min İsveçrə frankı cərimə ödəməli olacaq.

CAF prezidentinin bir neçə məsələlərlə əlaqədar istintaqı davam edir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.