"Fənərbağça" klubunun hücumçusu Enner Valensiya koronavirusa yoluxub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
Xəbərdə ekvadorlu futbolçunun hazırda ölkəsinin yığma komandasının düşərgəsində olduğu diqqətə çatdırılıb. Məhz millidə koronavirus testindən keçən forvardın yoluxduğu üzə çıxıb.
"Fənərbağça"ya bu yay transfer olunan Enner Valensiya Super Liqada 8 oyuna çıxıb, 1 qola imza atıb.
Milli.Az