İdman

"Barselona" ildən-ilə geriləyir" - Pike

5 Noyabr 2020 15:59
Baxış: 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın futbolçusu Jerar Pike klubdakı dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisində zəruri olan bir çox dəyişikliyun baş verdiyini deyib:

"Vəziyyəti kökündən dəyişdirməliyik. Enişdə olduğumuz açıq idi. Klub ildən-ilə geriləyir. Çox vaxtımız yoxdur, ancaq inkişafa ehtiyacımız var. "Barselona"da keçid dövrləri yoxdur, həmişə qazanmaq lazımdır. Prezident seçkiləri ərəfəsində yeni rəhbərlik gələcək və tədricən dəyişikliklər görəcəyik".

Qeyd edək ki, "Barselona"nın prezidenti Josep Maria Bartomeu istefa verib. Növbəti prezident seçkisi keçirilənə qədər Kataloniya klubuna Karles Tuskets rəhbərlik edəcək.

Xatırladaq ki, "Barselona"da növbəti prezident seçkiləri gələn ilin martında keçirilməli idi. Lakin Bartomeunun istefasına görə seçki daha tez təşkil oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.