Serbiya Superliqasında çıxış edən "Radniçki" klubunun Baş məşqçisi Mladen Jijoviç matç zamanı dünyasını dəyişib.
Milli.Az-ın yerli mediaya istinadla verdiyi xəbərə görə, faciə qarşılaşmanın 22-ci dəqiqəsində baş verib. Jijoviç gözlənilmədən ehtiyat skamyasında huşunu itirib.
O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Futbolçular məşqçinin vəfat etdiyini oyunun 41-ci dəqiqəsində öyrəniblər. Bu xəbərdən sonra görüş yarımçıq saxlanılıb, oyunçular isə kədər içində meydanda diz çökərək ağlayıblar.
Qeyd olunur ki, 43 yaşlı Mladen Jijoviç "Radniçki" komandasının sükanı arxasında cəmi üçüncü oyununa çıxırdı.
Kənan
Milli.Az
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        




        
                
                    