İdman

Rayan Giqqz həbs olundu

3 Noyabr 2020 09:28
Baxış: 3 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uels milli komandasının baş məşqçisi Rayan Giqqz həbs olunub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəsi ev zorakılığında ittiham olunur.

Britaniya polisini Giqqzin sevgilisi Keyt Qrevill çağırıb. O, sabiq futbolçu tərəfindən döyüldüyünü iddia edib.

Qeyd edək ki, bu, Giqqzin ilk qalmaqalı deyil. İki il öncə onun öz xanımına qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üzə çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.