İdman

UEFA mükafat fondunu beş illik azaldır

20 Oktyabr 2020 07:08
Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Futbol Assosiyasiyaları İttifaqı (UEFA) Çempionlar Liqası və Avropa Liqasında iştiraka görə klublara verilən mükafatların növbəti 5 mövsümdə azaldılması barədə qərara qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mükafatların azaldılması UEFA-nın son mövsümdə koronavirus pandemiyası səbəbindən gəlirlərin azalması ilə əlaqədardır.

UEFA ötən mövsüm televiziya hüquqları və sponsorluq müqavilələrindən təxminən 566 milyon dollar itirib və təşkilat özü matçların təxirə salınmasına görə yayım şirkətlərinə və sponsorlara təzminat ödəmək məcburiyyətində qalıb.

Digər səbəblərdən biri isə pley-off oyunlarının sayının azalması olub. Belə ki, Çempionlar Liqası və Avropa Liqasında ötən mövsüm 1/4 finaldan etibarən bütün qarşılaşmalar iki yox, bir oyunluq formatda keçib. Eyni zamanda Avropa Liqasınnın 1/8 final mərhələsində cütlərdən ikisi iki yox, bir oyun oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.